Göyçayda 92 yaşlı qadın yanaraq ölüb

Göyçayda 92 yaşlı qadın yanaraq ölüb
# 04 yanvar 2020 22:29 (UTC +04:00)

Göyçayda qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Əli Kərim küçəsində özünə məxsus mənzildə yaşayan 1928-ci il təvəllüdlü Kərimova Şura Həzrətqulu qızı yaşadığı evdə qaz cihazının nasazlığı səbəbindən baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. Bədənin 80 faiz hissəsi yanan yaşlı qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, 92 yaşlı Şura Kərimova dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR