Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO

Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO
# 02 yanvar 2020 11:45 (UTC +04:00)

Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata əsasən, Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə 1 milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.

Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.

Qeyd edək ki, paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Bulvar, əsas magistral yol və prospektlər, yol kənarları bayramsayağı bəzədilib və işıqlandırılıb. Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Keçirilən bayram tədbirlərinin kulminasiyası Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən atəşfəşanlıq olub ki, rekord sayda sakin və şəhərin qonaqları bura qatılaraq onu izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR