Azərbaycanın qiymətli kağızlar bazarında ticarətin həcmi artıb

Azərbaycanın qiymətli kağızlar bazarında ticarətin həcmi artıb
# 14 avqust 2015 06:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 7 ayında Azərbaycanın qiymətli kağızlar bazarında ticarətin həcmi 7 mlrd. 78 mln. 178 min manat olub ki, bu da ötən il ilə müqayisədə 1,01% çoxdur.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 5 mlrd. 443 mln. 881 min manatı və ya 77%-i törəmə maliyyə alətləri bazarının (TMA), 1 mlrd. 634 mln. 297 min manatı və ya 33%-i isə ənənəvi alətlər üzrə bazarın (səhmlər, istiqrazlar, repo) payına düşüb.

Bu ilin yanvar-iyul aylarında Maliyyə Nazirliyinin dövlət istiqrazları və Mərkəzi Bankın notları üzrə ilkin yerləşdirmə olmayıb. Yalnız təkrar bazarda Maliyyə Nazirliyinin istiqrazları üzrə 18,649 mln. manatlıq ticarət aparılıb.

7 ayda cəmi pay bazarının (səhmlər) həcmi 145 mln. 166 min 652 manat olub. Ticarətin 139 mln. 80 min manatı ilkin bazar (yerləşdirmə), 6 mln. 85 min manatını isə təkrar bazar üzrə baş tutub.

Bu ilin yanvar-iyul aylarında borc alətləri bazarının (istiqrazlar) həcmi 1 mlrd. 359 mln. 256 min manat təşkil edib. İlkin bazarda 44 mln. 371 min manatlıq, təkrar bazarda isə 1 mlrd. 315 mln. manatlıq ticarət qeydə alınıb.

Bu ilin avqustun 1-nə 111 mln. 225 min manatlıq repo əməliyyatı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR