Sumqayıt və Daşkəsəndə avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt və Daşkəsəndə avtomobil piyadanı vuraraq öldürüb
# 19 yanvar 2018 09:38 (UTC +04:00)

Sumqayıt və Daşkəsəndə piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 18-də saat 19 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Habil Şıxəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ocaqverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Piyadanın vurulması ilə nəticələnən daha bir hadisə elə həmin gün Daşkəsən rayonunun Çovdar kəndində qeydə alınıb. Gəncə şəhər sakini Ramin Məhərrəmov idarə etdiyi “Tatra” markalı yük avtomobillə yolu keçən həmyerlisi Azər Məmmədzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR