Səudiyyə Ərəbistanında hərbi bazaya raket atılıb

Səudiyyə Ərəbistanında hərbi bazaya raket atılıb
# 07 fevral 2017 06:55 (UTC +04:00)

Səudiyyə Ərəbistan ərazisində yerləşən hərbi bazaya ballistik raket atılıb.

APA-nın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, hücumu Yəməndəki üsyançı husilər həyata keçirib. Ölən və yaralılar barədə məlumat verilmir. Üsyançılar raket hücumlarının davam etdiriləcəyini açıqlayıblar.

Hücuma məruz qalan "Əl Məzəhmitə" hərbi bazası Yəmən paytaxtı Sənadan 1000 km məsafədə yerləşir.


Qeyd edək ki, husilər keçən həftə Qırmızı dənizdə Səudiyyə Ərəbistana məxsus hərbi gəmilərə hücum edib. Nəticədə səudiyyəli iki hərbçisi öldürülüb.

Xatırladaq ki, Ərəb koalisiya güclərinə rəhbərlik edən Səudiyyə Ərəbistanı hökuməti 2015-ci ilin mart ayından Yəmənin paytaxtı Sənada husilərə qarşı hərbi əməliyyat keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR