BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycan hökuməti ilə sıx işləyirik"

BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycan hökuməti ilə sıx işləyirik"
# 16 yanvar 2020 10:18 (UTC +04:00)

"BMT-nin inkişafa yardım sistemində geniş miqyaslı dəyişikliklər baş verməkdədir".

APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda da həyata keçirilir: "Hökumətlə sıx işləyirik. Bir halda ki, hökumət iqtisadiyyatı inkişaf etdirmək istəyir. BMT-nin Baş Katibi 2030-cu ilə qədər olan gündəliyin icrasında yenilik gətirmək niyyətindədir. Azərbaycan bu məqsədləri icra etmək istəyirsə, 2030-cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu, tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz".

BMT nümayəndəsi deyib ki, əhalinin gəlir əldə etmək imkanları genişləndirilməlidir: “Bunun üçün mikromaliyyəyə çıxış imkanları təmin edilməli, məşğulluq inkişaf etdirilməlidir. Azərbaycan ətraf mühitə çox da təsir edən ölkə deyil. Amma istərdik ki, Azərbaycan iqtisadi şoklardan müdafiə, iqlim dəyişikliyi ilə bağlı daha müqavimətli sistem qura bilsin. Gender bərabərliyi məsələsinə xüsusi diqqət yetirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR