Bank Of Baku

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai "Taliban"la görüşüb

Əfqanıstanın keçmiş Prezidenti və Milli Barışıq üzrə Ali Şuranın sədri "Taliban"la görüşüb

© APA | Əfqanıstanın keçmiş Prezidenti və Milli Barışıq üzrə Ali Şuranın sədri "Taliban"la görüşüb

# 18 avqust 2021 14:50 (UTC +04:00)

Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla "Taliban"la görüşüb.

APA-nın "Khaama" agentliyinə istinadən verdiyi xəbərə görə, görüş bu gün Kabildə baş tutub.

Agentlik bildirib ki, Həmid Kərzai və  Abdulla Abdulla "Taliban"ın Dohadakı müzakirələr komandasının üzvü və Əfqanıstan İslam Əmirliyinin üç vəkilindən biri Saracudind Haqqaninin qardaşı Anas Haqqani ilə görüşüb.

Görüşdə həmçinin Nümayəndələr Palatasının spikeri Fazal Hadi Muslimyar və ovaxtkı prezident Həmid Kərzainin administrasiyasının rəhbəri Kərim Xurram da iştirak edib.

Görüşdə medianın iştirakına icazə verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR