Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb

Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb
# 17 iyul 2018 11:05 (UTC +04:00)

Vergilər Nazirliyi “Sıfır faiz (0%) dərəcə ilə əlavə dəyər vergisinə (ƏDV) cəlb olunma haqqında” sertifikatı elektron qaydada təqdim edəcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Elektron xidmət növlərinin Siyahısı”na etdiyi dəyişikliklərdə əksini tapıb.

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi də Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmət növlərinin sırasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR