Federer finalda Nadala qalib gəlib

Federer finalda Nadala qalib gəlib
# 15 oktyabr 2017 13:04 (UTC +04:00)

İsveçrəli Rocer Federer Peşəkar Tennisçilər Assosiasiyasının Şanxayda keçirilən turnirinin finalında dünyanın bir nömrəli raketka ustası Rafael Nadala qalib gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 1 saat 13 dəqiqə davam edən görüş 6:4 və 6:3 hesabı ilə R. Federerin qələbəsi ilə başa çatıb.

Bununla da R. Federer ardıcıl 5 matç R. Nadala qalib gəlib. Ümumilikdə R. Federer və R. Nadal 38 dəfə qarşılaşıb. Bu görüşlərin 15-də R. Federer, 23-də isə R. Nadal qələbə qazanıb. Tennisçilər 2017-ci ildə 4 dəfə görüşüb və bu görüşlərin hamısında R. Federer qalib gəlib. 36 yaşlı tennisçi karyerasında ikinci dəfə Şanxay turnirində qalib gəlib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR