Ueyn Runi “Everton”dan ayrılır

Ueyn Runi “Everton”dan ayrılır
# 10 may 2018 14:01 (UTC +04:00)

“Everton”un hücumçusu Ueyn Runi karyerasını ABŞ-da davam etdirə bilər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, ingilis futbolçu klub rəhbərliyini MLS klublarından “Di Si Yunayted”ə keçmək istədiyinə dair məlumatlandırıb.

Runinin agentləri artıq danışıqlar üçün ABŞ-a yollanıblar. Mümkün transfer 12,5 milyon funt sterlinq dəyərində qiymətləndirilir. 32 yaşlı forvardın müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulacaq.

MLS-də “transfer pəncərəsi” 10 iyulda açılır. Bu səbəbdən, sözügedən ərəfələrdə transferin rəsmi olaraq açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR