Azərbaycan İrana hərbi gəmilər göndərib

Azərbaycan İrana hərbi gəmilər göndərib
# 03 oktyabr 2017 14:02 (UTC +04:00)

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.

MN-dən APA-ya verilən məlumata görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR