Gürcüstanda “donuz qripi”nin yeni dalğası gözlənilir

Gürcüstanda “donuz qripi”nin yeni dalğası gözlənilir
# 08 yanvar 2020 17:12 (UTC +04:00)

Yanvarın sonu, fevralın əvvəlində Gürcüstanda “donuz qripi” (AH1N1) virusunun yeni dalğası gözlənilir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı yerli həkimlərə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda ölkədə vəziyyət stabildir: “Dekabrla müqayisədə hazırda ölkədə vəziyyət stabildir və virusun yüksəlmə tendensiyası müşahidə edilmir. Amma biz qripin ikinci dalğasını gözləyirik. Bu, adətən yanvarın sonu, fevralın əvvəli baş verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR