Kim Çen Inın qardaşını qətlə yetirməkdə suçlanan qadın azadlığa buraxılıb

Kim Çen Inın qardaşını qətlə yetirməkdə suçlanan qadın azadlığa buraxılıb
# 11 mart 2019 17:44 (UTC +04:00)

Şimalı Koreya Xalq Respublikasının lideri Kim Çen Inın qardaşı Kim Çen Namı qətlə yetirməkdə ittiham edilən şəxslərdən biri azadlığa buraxılıb.

ONA “Reuters”ə istinadən xəbər verir ki, Malayziya məhkəməsi 26 yaşlı indoneziyalı Siti Aisya üzərindən ittihamları götürüb.

“Mən çox xoşbəxtəm. Bu gün azadlığa buraxılacağımı gözləmirdim”, - deyə S.Aisya jurnalistlərə açıqlamasında bildirib.

Prokurorun sözlərinə görə, o, qadının üzərindən ittihamları qaldırmaq göstərişi alıb, ancaq dəqiq səbəbini açıqlamayıb. Eyni zamanda məhkəmə ittiham edilən şəxsə tam bəraət verməkdən imtina edib.

Bildirilir ki, yeni faktlar üzə çıxacağı təqdirdə, qadın yenidən məhkəməyə cəlb edilə bilər.

Müdafiə tərəfi həmçinin məhkəmədən digər təqsirləndirilən şəxs – Zoan Txi Xıonqun işinə yenidən baxmağı xahiş edib. Müdafiə tərəfinin iddiasına görə, hər iki qadın Şimalı Koreya casusları tərəfindən aldadılıb.

Qeyd edək ki, Kim Çen Nam 2017-ci ilin 13 fevralında Kuala Lumpur hava limanında qətlə yetirilib. Onun cəsədində kimyəvi silahla bağlı beynəlxalq konvensiya tərəfindən qadağan edilmiş VX zəhəri aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR