Bank Of Baku

“Eurovision-2011” müsabiqəsi üzrə seçim davam edir - FOTOSESSİYA

“Eurovision-2011” müsabiqəsi üzrə seçim davam edir - <font color=red>FOTOSESSİYA</font>
# 15 dekabr 2010 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçimi davam edir. APA-nın məlumatına görə, dekabrın 13-dən etibarən start götürən milli seçimin beşinci həftəsində 11 namizəd çıxış edib. İlk gün namizədlər dünya hitlərini, dünən isə Azərbaycan mahnılarını səsləndiriblər. Bu həftə ərzində “Empathy” qrupu, Elmar Əsgərov, Altun Zeynalov, Emin Nəsirli, Canana Zeynalova, Rövşən Civişov, Cəmilə Həşimova, Aynişan Quliyeva, Gülnar Nəbi-Çingiz, Dinara Cəfərova və Orxan İsrafilov milli finala çıxmaq uğrunda mübarizə aparırlar. İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) keçirilən yarımfinal həftəsinin hər günü namizədlərin dəstəkçiləri tamaşaçı qismində seçimdə iştirak edir və sevdikləri namizədi yetəri qədər dəstəkləyirlər. Aynişan Quliyeva hər iki günün qalibi olub. Müğənni digər namizədlər arasında tamaşaçıların ən çox səsini toplayan namizəddir.

Bu gün isə 11 namizəd “Eurovision” müsabiqəsinin hitlərindən mahnılar ifa edəcəklər. Dekabrın 17-də, yəni bu həftənin cümə günü 11 nəfər arasından ən çox səs toplayan namizəd finala vəsiqə qazanacaq.

Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsi üzrə Azərbaycanda keçirilən seçimlərin finalına vəsiqə qazanan 5 namizədin adı məlumdur. Onlar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley və Arzum Xəlilovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR