Bank Of Baku

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov Hollandiyanın “İnternational” radiosunun qonağı olacaq

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov Hollandiyanın “İnternational” radiosunun qonağı olacaq
# 15 dekabr 2010 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Köln şəhərində yaşayan və “Eurovision-2011” mahnı ümsabiqəsində Azərbaycanı təmsil etmək üçün namizədliyini irəli sürən müğənni Seyran İsmayılxanov bu gün gecəyarı 00:15-də (Bakı vaxtı ilə) Avropa Yayım Birliyinin (EBU) Hollandiyada yerləşən “İnternational” radiosunun qonağı olacaq. Amsterdam şəhərindən yayımlanan beynəlxalq radionun efirində ilk dəfə Azərbaycan musiqiləri səsləndiriləcək. Bu barədə APA-ya radionun musiqi departamentinin rəhbəri Yurgen Boyrinq məlumat verib. Onun sözlərinə görə, Seyran Avropa ölkələrində qəbul olunan performansa malik müğənni olduğu üçün radionun bu gecəki canlı efirində qonaq qismində iştirak edəcək. Y. Boyrinq bildirib ki, onun işlədiyi radio daima perspektivli gənclərə öz efirini açıq elan edir: “Seyranın mahnılarını Belçikada konsert zamanı eşidəndə, onunla maraqlandım. Mənə Almaniyada yaşayan azərbaycanlı müğənni olduğunu dedilər. İstədim ki, mənim bəyəndiyim mahnıları bütün Hollandiya da eşitsin. Buna görə də, Seyranı canlı efirə dəvət etdim. Hazırda “Eurovision”a hazırlaşdığını deyərək, proqramda iştirakdan imtina etmək istəsə də, onunla canlı bağlantı yaradacağıq. Seyran bu gecə “İnternational” radioda telefonla özü mahnılarını təqdim edib, aparıcının və dinləyicilərin suallarını cavablandıracaq”.

Yurgen Boyrinq efirdə səslənəcək mahnılar haqqında da danışıb və bildirib ki, müğənni “Wild kises”, “Qanadsız mələklər” və “Wer liebe lebt” (“Sevgini yaşayanlar” - alman müğənnisi Mişelin (Michelle) repertuarından) mahnılarını təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR