Bank Of Baku

İsveçrə “Eurovision-2011”də təmsilçisini və mahnısını müəyyənləşdirib - FOTO

İsveçrə “Eurovision-2011”də təmsilçisini və mahnısını müəyyənləşdirib - <font color=red>FOTO </font>
# 15 dekabr 2010 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsveçrə Almaniyanın Düsseldorf Arenasında keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, İsveçrəni gələn ilin mayında bu mötəbər müsabiqədə Anna Rossinelli təmsil edəcək. Məlumatda qeyd olunub ki, İsveçrə iştirakçı ölkələr arasında həm təmsilçisini, həm də mahnısını müəyyənləşdirən ilk ölkədir. Anna Rossinelli 56-cı “Eurovision” müsabiqəsində “In Love For A While” (“Nə qədər ki sevirəm”) mahnısını ifa edəcək. Əvvəlcə internet səsverməsi ilə yeddi mahnı arasından beşi, sonra isə tamaşaçı və peşəkar münsifin rəyi ilə bu mahnı seçilib. “Eurovision -2011” müsabiqəsində ölkəsini təmsil etmək şansı qazanan Anna Rossinelli İsveçrənin finala vəsiqə qazanmasına çalışacağını bildirib. Əgər, təmsilçi bu arzusunu həyata keçirə bilsə, o zaman İsveçrə müsabiqədə son beş il müddətində ilk dəfə finala vəsiqə qazanmış olacaq.
Qeyd edək ki, İsveçrə “Eurovision” müsabiqəsinin ilk qalib ölkəsi olub. 1956-cı ildə Liz Assia ölkəsini müsabiqənin ilk qalibi edib. 1988-ci ildə isə Seline Dion ölkəsinə qələbə qazandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR