Bank Of Baku

“Bakı gecələri-2010” Estrada Mahnı Festivalında 100-ə yaxın mahnı mübarizə aparır

“Bakı gecələri-2010” Estrada Mahnı Festivalında 100-ə yaxın mahnı mübarizə aparır
# 20 dekabr 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının online səsverməsi dekabrın 21-də başa çatacaq. APA-nın məlumatına görə, festivalda iştirak etmək üçün Təşkilat Komitəsinə ümumilikdə 54 bəstəkar və mahnı müəllifi, 63 şair və həvəskar söz yazarı, 25 aranjemançının hazırladığı 100-ə yaxın mahnı təqdim olunub. Üç konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən 80 mahnı müğənnilərin ifasında səslənib və professional münsiflər heyəti tərəfindən sözlərinə, aranjemana, ifa tərzinə görə qiymətləndirilib. İlkin üç mərhələdə yüksək bal toplamış 20 əsər finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının qala-konserti dekabrın 23-də Heydər Əliyev Sarayında keçiriləcək. Həmin gün səslənən mahnılar “Qran-Pri” və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən ifaçılar “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR