Bank Of Baku

Müğənni Emin: “Qarşımda yeni zirvəni fəth etmək dayanır, ona görə də həyəcan keçirirəm” - FOTO

Müğənni Emin: “Qarşımda yeni zirvəni fəth etmək dayanır, ona görə də həyəcan keçirirəm” - <font color=red>FOTO</font>
# 24 dekabr 2010 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək müğənni Emin azərbaycanlı pərəstişkarları qarşısında “Wonder” proqramı və xüsusi şou ilə çıxış edəcək. Müğənninin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən proqramın hazırlığına yay aylarında başlanılıb. Xoreoqraflar, vokal üzrə müəllim, quruluşçu-rejissor və musiqiçilər ilə birlikdə hazırlanan bu proqrama Moskva, Sankt-Peterburq, Kiyev və Yekatinburq tamaşaçıları artıq qiymət veriblər. Emin bildirib ki, yeni il öncəsi konsert vermək onun üçün artıq ənənəyə çevrilib, ancaq bu il o, xüsusi həyəcan keçirir: “Qarşımda yeni zirvəni fəth etmək dayanır, ona görə də həyəcan keçirirəm. Bununla belə yaranan imkanlara çox şadam”. Uşaqlıqdan Moskvada yaşayan, ali təhsilini isə ABŞ-da alan Emin Ağalarov vaxti ilə musiqinin onun həyatı üçün çox böyük önəm daşıdığı faktını da etiraf edib: “Həyatımda nəylə məşğul olmağımdan asılı olmayaraq əsas məqsədim ifa etmək, oxumaqdır. Musiqi mənim əsas istəyimdir. Bir an mən düşündüm ki, zaman böyük sürətlə gedir və tezliklə aşkarlayacağam ki, həyatımın yarısını yaşamışam, amma başlıca məqsədimin həyata keçməsinə hələ qədəm qoymamışam”.

Emin 2010-cu ildə “Wonder” adlı yeni albomunu buraxmaq üçün dünya musiqi sənayesinin paytaxtı olan Londona gedib. Müğənni bu albomda Enrike İqlesiasın musiqilərinin müəllifi Polom Berri, Ueynom Hekter (X Factor şou) ilə əməkdaşlıq edib. Albomun prodüserliyini isə Lara Fabian, Enriki İqlesias, Ceyms Morrison, Şer və başqa dünya ulduzları ilə işləmiş Brayan Roullinq həyata keçirib. Alboma daxil olan əsas mahnılardan - “Wonder” və “Obvious” bütövlükdə Emin tərəfindən yazılıb: “Hər iki mahnı hazırda sevdiyiniz, darıxdığınız, ancaq yanınızda olmayan şəxsə duyduğunuz hisslərdən və emosiyalardan bəhs edir. Bu mahnılarda mən öz həyatımda yaşadığım haiisələri, hissləri əks etdirmişəm. Bu sözləri albomda yer alan bütün mahnılara aid etmək olar. Bu albom mənim hazırda artist və musiqiçi kimi durumumu nümayiş etdirə bilər. Onun səslənməsindən mən böyük zövq alıram və çox xoşbəxtəm ki, bunu bütün dünya tamaşaçılarına çatdırmaq imkanı əldə etmişəm”.

Qeyd edək ki, “Wonder” albomu Rusiya və MDB ölkələrində noyabrın ortalarında satışa çıxarılıb və çox böyük marağa səbəb olub.

Xatırladaq ki, Eminin musiqi sahəsində debüt işi 2006-c ildə işıq üzü görən və böyük uğur qazanan “Still” albomu olub. Bu albom çox qısa bir müddətdə 50 min tirajla satılıb. Bundan sonra Emin çoxsaylı yeniliklərə imza atıb və bir çox şəhərlərdə konsertlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR