Bank Of Baku

“Eurovision-2011” milli seçim turunun son həftəsində finala çıxmaq uğrunda 12 namizəd mübarizə aparacaq

“Eurovision-2011” milli seçim turunun son həftəsində finala çıxmaq uğrunda 12 namizəd mübarizə aparacaq
# 24 dekabr 2010 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun sonuncu, yəni 7-ci yarımfinal həftəsində digər həftələrdən fərqli olaraq 11 deyil, 12 namizəd finala çıxmaq uğrunda mübarizə aparacaq. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) APA-ya verilən məlumata görə, sonuncu həftə Azad Şabanovla birgə duet şəklində çıxış etməli olan Nigar Camal ayrı-ayrılıqda iştirak etmək qərarına gəliblər. Bəstəkar-prodüserlər Vaso Qarayev və İsa Məlikovun birgə layihəsi olan Azad Şabanov-Nigar Camal duetinin dağılmasına əsas səbəb kimi ifaçılar arasında yaradıcılıq baxımından uyğunluğun olmadığı göstərilib.

Prodüserlər bildiriblər ki, Azad Şabanov və Nigar Camalın ifa tərzi fərqli olduğundan bu qərarı veriblər: “Birlikdə işlədiyimiz ötən 5 həftə ərzində əmin olduq ki, onların ayrı-ayrılıqda çıxış etməsi daha məqsədəuyğundur. Bu, hər iki tərəfin birgə qərarıdır. Baxmayaraq ki, milli seçim turundakı çıxışa az vaxt qalıb, hər iki komanda bacardığı qədər yaxşı hazırlaşır və öz aralarında peşəkar səviyyədə fikir mübadiləsi aparır”.

Qeyd edək ki, Azad Şabanov və Nigar Camal “Eurovision-2011” mahnı müsabiqəsinin Azərbaycan üzrə milli seçim turunun 27-31 dekabr tarixlərində keçirilkəcək son həftəsində çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR