Bank Of Baku

Bir ifaçı “Eurovision-2011” müsabiqəsinin milli seçimlərində iştirakdan vaz keçib

Bir ifaçı “Eurovision-2011” müsabiqəsinin milli seçimlərində iştirakdan vaz keçib
# 24 dekabr 2010 09:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün “Eurovision -2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli finala vəsiqə qazanacaq daha bir ifaçının kimliyi məlum olacaq. Bu həftə 11 namizədin iştirakı nəzərdə tutulsa da, ifaçılardan biri - Samirə Babayeva mübarizəyə qatılmaqdan vaz keçib. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) APA-ya verilən xəbərə görə, bu ifaçının yarımfinal həftəsinə qatılmayacağı öncədən məlum olub. Sadəcə, Samirə Babayevanın adı son ana qədər siyahıda saxlanılıb ki, ifaçı çıxış etməyi qərarlaşdırsa, onun ifası mümkün olsun. Lakin S. Babayeva bu həftənin birinci günündən mübarizəyə qatılmayıb. O, bunun səbəbini səsində yaranan problemlə əlaqələndirib.

Bu həftənin ilk günündən finala çıxmaq uğrunda 10 namizəd mübarizəyə qatılıb. İlk iki günün lideri Eldar Qasımov olsa da, son iki gündür xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova tamaşaçı səsverməsinə görə bütün iştirakçılardan öndədir. Bu gün axşam isə bu həftənin qalibi müəyyənləşəcək. Bu həftə İlqarə İbrahimova, Eldar Qasımov, Seyran İsmayılxanov, Leyla İdrisova, Rüstəm Əlləzov, Ruslan Meşədiyev, Elyanə Əhmədova, Fuad Mustafazadə, Sərxan Məmmədov və Diana Hacıyeva münsiflər heyəti və tamaşaçılar qarşısında çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR