Bank Of Baku

“Eurovision-2011” müsabiqəsi üzrə milli seçimlərin son yarımfinal həftəsində mübarizə aparacaq ifaçıların adı açıqlanıb

“Eurovision-2011” müsabiqəsi üzrə milli seçimlərin son yarımfinal həftəsində mübarizə aparacaq ifaçıların adı açıqlanıb
# 25 dekabr 2010 08:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin yarımfinal mərhələsinin yeddinci, sonuncu həftəsində 11 deyil, 12 iştirakçı mübarizə aparacaq. APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, dekabrın 27-dən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) canlı efirində bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək arzusunda olan 12 iştirakçı öz istedadını nümayiş etdirəcək. Gələn həftənin bazar ertəsindən etibarən Orxan Nəsibov, Səbinə Məmmədova, Habil Əhmədov, Sadıx Ağamalıyev, Nigar Dərgahzadə, İlhamə Qasımova, Davud Əsgərli, Lalə Əliyeva, Tahir Quliyev, Günay Əhmədova, Azad Şabanov və Nigar Camal çıxış edəcək.
Dekabrın 31-də, Yeni il bayramı günü 12 namizəd arasından tamaşaçılar və münsiflər tərəfindən ən çox səs toplayanı finala vəsiqə qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR