Bank Of Baku

EMİN: “Azərbaycanda verdiyim üç konsertdən əldə olunan 250 min dollar vəsaitin hamısı uşaq evlərinə xərclənir”

EMİN: “Azərbaycanda verdiyim üç konsertdən əldə olunan 250 min dollar vəsaitin hamısı uşaq evlərinə xərclənir”
# 26 dekabr 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bakıdakı üç konsertimdən ümumilikdə 250 min dollara yaxın vəsait yığılıb. İlk konsertimdən əldə olunan 50 min dollara uşaq evləri üçün avtobuslar alındı. İkinci konsertdən isə 100 min dollar gəlir əldə olundu və həmin vəsait Şüvəlan Uşaq Evinin tikintisinə sərf olundu”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ötən gün “Wonder” adlı yeni albomunun təqdimatını keçirən Emin Ağalarov (EMİN) deyib. Müğənni sonuncu konsertindən də 100 min ABŞ dollarına yaxın vəsait yığıldığın, bu gəlirin də uşaq evlərində ehtiyac olan tibbi ləvazimatların alınacağına sərf olunacağını qeyd edib: “Bu vəsaitə əlil uşaqlar üçün musiqi alətləri də alınacaq. Biz bu yolda əlimizdən gələn hər şeyi etməyə hazırıq və bundan sonra da edəcəyik”.

EMİN “Tək olarkən ən çox hansı Azərbaycan mahnısını zümzümə edirsiniz” sualına isə belə cavab verib: “Əlbəttə ki, ən çox Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxuyuram. Bu mahnını da hamı dinləyirəm”. Rusiyada yaşayan müğənni, Azərbaycan səhnəsində çıxış etməyi çox sevdiyini də dilə gətirib.

EMİN sonda Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR