Bank Of Baku

Albaniya “Eurovision-2011” müsabiqəsindəki təmsilçisini və mahnısını müəyyənləşdirib – FOTO

Albaniya “Eurovision-2011” müsabiqəsindəki təmsilçisini və mahnısını müəyyənləşdirib – <font color=red>FOTO </font>
# 27 dekabr 2010 06:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Albaniya “Eurovision-2011” müsabiqəsində təmsilçisini və ifa olunacaq mahnısını müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011" mahnı müsabiqəsində Albaniyanı Aurela Qaçe təmsil edəcək. O, Düsseldorf Arenasında “Kenga İme” ("Mənim mahnım") mahnısını oxuyacaq.

Qeyd edək ki, Aurela Qaçe Nyu-York şəhərində yaşayır və 2004-ci ildə keçmiş prezident Bill Klintonun şərəfinə keçirilən mərasimdə Albaniya və ABŞ-ın dövlət himnlərini səsləndirib. Albaniya təmsilçisinin indiyədək beş albomu işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR