Bank Of Baku

Əfsanəvi Robertino Loretti ilk dəfə Bakı səhnəsində çıxış edəcək - FOTO

Əfsanəvi Robertino Loretti ilk dəfə Bakı səhnəsində çıxış edəcək - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İtaliyanın dünyaca tanınmış müğənnisi, “Jamayka” mahnısı ilə çoxsaylı insanların sevgisini qazanan Robertino Loretti ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək. Müğənninin Azərbaycana səfəri 2011-ci ilin fevralında gerçəkləşəcək. Əfsanəvi Robertino Loretti Azərbaycan tamaşaçıları ilə Heydər Əliyev Sarayında görüşəcək. Heydər Əliyev Sarayından APA-ya verilən məlumata görə, iatliyalı müğənninin Bakı konsertinin tarixi dəqiqləşib. Robertino Lorettinin Bakıda ilk çıxışı fevralın 13-də baş tutacaq. İtaliyalı müğənninin ilk Bakı konserti Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçiriləcək.

Xatırladaq ki, Robertino Loretti 1947-ci ildə Romada anadan olub. Debüt albomu 1961-ci ildə işıq üzü görüb. Uşaq olarkən bir neçə filmdə epizodik rollara çəkilib. İfaçı artıq 8 yaşında ikən Roma Opera Teatrında oxuyub. R. Lorettinin “O sole mio” adlı məşhur sinqli “Qızıl sinql” adını qazanıb. 1964-cü ildə 17 yaşında olarkən “San- Remo” festivalında finala vəsiqə qazanıb. Bir müddət özünü kino və biznes sahəsində sınayan müğənni 1982-ci ildən yenidən qastrollara başlayıb. Onun ifasında “Ave Maria”, “Santa Luçia”, “Jamayka” mahnıları çox məşhurdur. İtaliyan müğənni 2007-ci ildə 60 illik yubileyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR