Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı “Yeni il karnavalı” hazırlayıb

Gənc Tamaşaçılar Teatrı “Yeni il karnavalı” hazırlayıb
# 30 dekabr 2010 12:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik yaşlı tamaşaçılar üçün bayram şənliyi hazırlayıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 1-dən 5-nə kimi teatrın azyaşlı izləyiciləri “Yeni il karnavalı”nın iştirakçısı olmaq şansını qazanacaqlar. “Yeni il karnavalı” bu günlər ərzində saat 10, 12 , 14 və 16-da keçiriləcək.

Əvvəlcə teatrın yolkalarla bəzənmiş foyesində Şaxta baba, Qar qızı və nağıl qəhrəmanları uşaqlarla müxtəlif maraqlı oyunlar, viktorinalar, yarışlar keçirəcək, daha sonra salona dəvət ediləcək uşaqlara xüsusi olaraq yeni il üçün hazırlanmış “Qış nağılı” adlı tamaşa təqdim olunacaq.

Gənc Tamaşaçılar Teatrı valideyn himayəsindən məhrum olan uşaqları, habelə əlil və şəhid ailələrini də sevindirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR