Bank Of Baku

Azərbaycanın “Eurovision” üzrə rəsmi fan-klubu “Ogae Azerbaijan” üç nominasiyada müsabiqə elan edib – FOTO

Azərbaycanın “Eurovision” üzrə rəsmi fan-klubu “Ogae Azerbaijan” üç nominasiyada müsabiqə elan edib – <font color=red>FOTO </font>
# 10 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae- Azərbaycan” 10 yarımfinalçı arasında online səsvermə elan edib. “Ogae-Azerbaijan”ın vitse-prezidenti Ömər Əbdülkərimovun APA-ya verdiyi məlumata görə, artıq www.ogae.az rəsmi internet portalında səsverməyə start verilib: “Ötən ildən fərqli olaraq bu il “Ogae-Azerbaijan” olaraq iki nominasiya üzrə səsverməni açıq şəkildə aparmaq qərarına gəldik. Eyni zamanda bu addımı atmaqda niyyətimiz odur ki, ötən ildən həyata keçirməyə başladığımız müsabiqənin obyektivliyinə şübhə olmasın. Bu səsvermədə tək “Ogae” üzvləri deyil, bütün sayt oxucuları bəyəndikləri namizədə səs verə biləcək, “Ən yaxşı ifaçıl”nı və “Ən yaxşı jurnalist”i seçə biləcəklər. Bu səsvermədə qalib olan bir ifaçı və jurnalist “Ogae-Azərbaycan”ın rəhbərliyi tərəfindən eyni nominasiyada mükafatla təltif olunacaq. “Ən yaxşı jurnalist” nominasiyası üçün “Eurovision” müsabiqəsini mütəmadi işqılandıran dörd jurnalistin namizədliyi irəli sürülüb. Elə bu nominasiyada qalib də online səsvermə ilə həmin dörd jurnalist arasından seçiləcək”. Ö. Əbdülkərimovun sözlərinə görə, “Ogae Azerbaijan”ın elan etdiyi üçüncü nominasiya “Ən yaxşı şou” adlanır. Bu nominasiyanın qalibi ancaq “Ogae Azerbaijan”ın üzvlərinin səsverməsi ilə təyin ediləcək.

Hər üç nominasiyada qaliblər fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan mükafatlandırma mərasimdə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR