Bank Of Baku

Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək arzusunda olan şotlandiyalı müğənni Nikola Barklayin səsi batıb – FOTO

Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək arzusunda olan şotlandiyalı müğənni Nikola Barklayin səsi batıb – <font color=red>FOTO </font>
# 11 yanvar 2011 07:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2011” yarışmasında təmsil etmək üçün milli seçimlərə qatılan və münsiflərin rəyi ilə növbəti yarımfinala vəsiqə qazanan şotlandiyalı müğənni Nikola Barklay, ötən gün başlayan seçimlərə qatılmayıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) APA-ya bildirilib ki, Nikola Barklayin yarımfinala qatılmamasının səbəbi səhhətində yaranan problemlər olub. Belə ki, müğənni Yeni il byaramını vətəni olan Şotlandiyada qeyd edib və soyuq hava şəraitindən ciddi xəstələnib. İTV-dən verilən məlumata görə, Nikola Barklayin xəstələnməsi nəticəsində onun səsi batıb: “Biz özümüz də onunla əlaqə saxladıq və gördük ki, onun seçimlərə qatılması daha mümkün deyil. Səsinin batdığını bildik. Sonuncu günə kimi biz onun sağalmasını gözlədik, hətta yarımfinalçıların siyahısında belə adını və sms nömrəsini qeyd etdik. Nikola Barklay növbəti illərdə keçirəcəyimiz seçimlərimizdə də iştirak edə bilər. O, özü də baş verən hadisədən çox pis olub”.

Azərbaycanı “Eurovision-2011” yarışmasında təmsil etmək üçün 10 deyil, 9 sənətçi mübarizəyə başlayıb. Bazar ertəsi, 9 azərbaycanlı ifaçı öz bacarıqlarını nümayiş etdiriblər. İlk günün nəticələrinə görə, ilk beşliyi İlhamə Qasımova, Aynişan Quliyeva, Eldar Qasımov, Çingiz Mustafayev və Nurlan Növrəsli tamamlayıb. Yanvarın 14-nə kimi davam edəcək yarımfinalın son mərhələsindən münsiflərin və tamaşaçıların səsverməsi ilə beş ifaçı finala vəsiqə qazanacaq. Azərbaycanın sözügedən müsabiqədə təmsilçisi fevralın ilk günlərində müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR