Bank Of Baku

Türkiyədə Qanuni Sultan Süleymanın həyatından bəhs edən seriala rəsmi xəbərdarlıq edilib

Türkiyədə Qanuni Sultan Süleymanın həyatından bəhs edən seriala rəsmi xəbərdarlıq edilib
# 12 yanvar 2011 14:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin Radio və Televiziya Şurası (Radyo-Televizyon Üst Kurulu - RTÜK) Qanuni Sultan Süleymanın həyatından bəhs edən “Möhtəşəm Yüzyıl” serialına xəbərdarlıq edib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, RTÜK-ün son keçirilən toplantısında “Show TV”də yayınlanan və ilk seriyasından sonra Türkiyə ictimaiyyətinin mühafizəkar kəsimində ciddi etirazlara səbəb olan “Möhtəşəm Yüzyıl” serialı ilə bağlı şikayətlərə baxılıb.

Qəbul olunan qərarda deyilir ki, serial 3984 saylı qanunun televiziya proqramlarının cəmiyyətin mənəvi dəyərlərinə zidd olması ilə bağlı maddəsini pozub. Serial müəlliflərinə xəbərdarlıq edilib ki, qanun pozuntusu aradan qaldırılmasa, serialın yayını dayandırılacaq.

Xatırladaq ki, “Möhtəşəm Yüzyıl” serialında Sultan Süleymanın içki içən, hərəmxana saxlayan hökmdar kimi təqdim olunması, gənc qızları zorla özünün hərəminə çevirməsinin göstərilməsi narazılığa səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR