Bank Of Baku

“Eurovision-2011” müsabiqəsi “Ürək döyüntüsünü hiss et!” şüarı altında keçiriləcək - FOTO

“Eurovision-2011” müsabiqəsi “Ürək döyüntüsünü hiss et!” şüarı altında keçiriləcək - <font color=red>FOTO</font>
# 14 yanvar 2011 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. May ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı “Eurovision” yarışmasının yeni loqosu və şüarı təqdim olunub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydıqı xəbərə görə, müsabiqəyə ev sahibliyi edəcək və ana yayımı ilə məşğul olacaq Almaniyanın “NDR” kanalı Avropa ictimaiyyətinə yarışmanın temasını açıqlayıb. “Eurovision-2011” müsabiqəsi “Ürək döyüntüsünü hiss et!” (“Feel your heart beat!”) şüarı altında keçiriləcək.

2004-cü ildən müsabiqənin ümumi loqosu var. Həmin ildən etibarən loqoda müsabiqəyə sahiblik edən ölkənin bayrağı urək şəklində təsvir olunur. Bu il də ənənə davam edəcək. Temanın simvolu rəngbərəng işıq şüalarından ibarət olan titrəşən ürək şəklindən ibarətdir. Hər iki element builki “Eurovision” müsabiqəsinin vizual brendini yaradacaq.
Bu tema ruh yüksəkliyi, ürək döyüntüsü, həyəcan, sevgi və ehtiras kimi emosiyalar yaradan musiqini, eləcə də fərqli xarakteristikası olan “Eurovision” müsabiqəsini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR