Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində Latviya adından köhnə təmsilçi iştirak edəcək – FOTO

“Eurovision-2011” müsabiqəsində Latviya adından köhnə təmsilçi iştirak edəcək – <font color=red>FOTO </font>
# 17 yanvar 2011 13:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək 56-cı “Eurovision” mahnı müsabiqəsində yunan Kiprini Kristos Milordos (Christos Mylordos) təmsil edəcək. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu il Kipr təmsilçisinin seçilməsində başqa üsuldan istifadə olunub. Son mərhələyə keçən yeddi ifaçı arasından daxili səsvermə ilə təmsilçilik hüququnu K. Milordos qazanıb. Artıq Kiprin bu müsabiqə üzrə cavabdeh televiziyası mahnı seçimi üçün elan verib və bir neçə mahnı artıq təqdim olunub. Yanvarın sonlarında təqdim olunan mahnılardan biri seçiləcək və fevralın ilk günlərində həmin mahnı ictimaiyyətə açıqlanacaq.

Latviya da “Eurovision-2011” təmsilçisini müəyyənləşdirib. Bu yarışmada Latviyanı Liene Candy Bronussa təmsil edəcək. Təmsilçi ümid edir ki, bu il ölkəsinə birincilik gətirəcək. Xatırladaq ki, müğənni 2008-ci ildə Belqradda keçirilən müsabiqədə də ölkəsini təmsil etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR