Bank Of Baku

Gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı keçirilir

Gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı keçirilir
# 17 yanvar 2011 13:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalı başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalın təşkilində məqsəd modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, gənclərin yaradıcılığına diqqətin cəlb olunması və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.

Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, www.fashion.az saytının və moda agentliyinin iştirakı ilə keçirilir. Yaşı 18-29 olan gənc xanım modelyer-dizaynerlərin qatıldığı festivalın iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən iştirak haqqında şəhadətnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Festivalda iştirak üçün hər ölkədən 3 nəfərdən ibarət modelyer komandası dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR