Bank Of Baku

“Eurovision-2011”də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı müsabiqəsinə əsər təqdim edənlər arasında İspaniya, Yunanıstan, Avstraliya, Rumıniyadan bəstəkarlar var - SİYAHI

“Eurovision-2011”də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı müsabiqəsinə əsər təqdim edənlər arasında  İspaniya, Yunanıstan, Avstraliya, Rumıniyadan bəstəkarlar var - <font color=red>  SİYAHI</font>
# 18 yanvar 2011 15:59 (UTC +04:00)
Onun sözlərinə görə, təqdim olunan mahnıların müəllifləri arasında yerli bəstəkarla yanaşı, əcnəbi bəstəkarlar da var. Azərbaycanın bu müsabiqədəki təmsilçisinin ifa etməsi üçün 6 xarici ölkədən mahnılar göndərilib. Yanvarın 10-dan elan olunan mahnı müsabiqəsinə ümumilikdə 11 müəllif 21 mahnı təqdim edib: “11 bəstəkar öz mahnılarını təqdim edib. Cəmi 21 mahnı təqdim edilib. Bunların hamısı mahnı və sözdən iabrətdir. İki nəfər isə yalnız söz təqdim edib”.

Qeyd edək ki, “Eurovision-2011”də Azərbaycan təmsilçisinin ifa etməsi üçün yerli müəlliflərdən Vüqar Babayev 5 mahnı, Ülviyyə Vəliyeva 1 mahnı, Nərgiz Səfərəliyeva 1 mahnı, Nazim Paşaoğlu 1 mahnı təqdim edib. Əcnəbi bəstəkarlar arasında İspaniyadan Xose Xuan Santana Rodriges 1 mahnı, Manuel Angel Moreno Pinilla 1 mahnı, Yunanıstandan Giorgios Kalpakidis 3 mahnı, Rumıniyadan Madalin Botezatu - 1 mahnı, Avstraliyadan Sebastyan İvanov 1 mahnı, Noam İnbar və İsak Mizraçi -1 mahnı, Micke Vennborn 5 mahnı təqdim edib.

Müsabiqəyə yalnız mahnı sözü təqdim edən müəlliflər Kamran Cabbarov və Madura Matedir.

Qeyd edək ki, yanvarın 10-dan etibarən start götürən müsabiqəyə mahnı qəbulu bir ay davam edəcək. Mahnıların təqdimatı bitdikdən sonra pekəşar münsiflər heyəti tərəfindən təqdim olunan mahnılar arasında seçim aparılacaq. Bu mahnılardan biri seçilərək Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin ifasında Düsseldorfda səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR