“Eurovision-2011”-də Azərbaycanı təmsil etmək iddiasında olan beş finalçı gələn həftə canlı yayımda çıxış edəcəklər

“Eurovision-2011”-də Azərbaycanı təmsil etmək iddiasında olan beş finalçı gələn həftə canlı yayımda çıxış edəcəklər
# 21 yanvar 2011 11:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2011” musiqi yarışmasında təmsil etmək üçün milli finala vəsiqə qazanan beş ifaçı yenidən İctimai Televiziya və Radio Yayımlar Şirkətinin (İTV) canlı efirində tamaşaçılar qarşısında öz istedadlarını nümayiş etdirəcəklər. APA-nın məlumatına görə, beş finalçının canlı çıxışına yanvarın 24-dən başlanacaq. Həftənin sonuna kimi hər gün bir ifaçıya canlı efir ayrılacaq. Bazar ertəsi İlhamə Qasımova, sonrakı gün Eldar Qasımov, yanvarın 26-da İlqarə İbrahimova, 27-də Aynişan Quliyev və 28-də Nigar Camal çıxış edəcəklər. Finalçıların çıxışlarını müzakirə etmək üçün canlı efirə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes təmsilçiləri, eləcə də KİV nümayəndələri dəvət olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR