Bank Of Baku

“Eurovision-2011”-də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə indiyədək 29 mahnı təqdim olunub

“Eurovision-2011”-də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə indiyədək 29 mahnı təqdim olunub
# 25 yanvar 2011 16:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011”-də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə yanvarın 25-dək 7 ölkədən 16 nəfər 29 mahnı, 2 nəfər isə yalnız mahnı sözü təqdim edib. APA-nın İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəsmi internet saytı www.itv.az-a istinadən yaydığı xəbərə görə, müsabiqəyə Azərbaycandan Vüqar Babayev 5 mahnı, Ülviyyə Vəliyeva 1 mahnı, Nərgiz Səfərəliyeva 1 mahnı, Nazim Paşaoğlu 1 mahnı, Nadir Əzimov 3 mahnı, Rabiya Mədətova 1 mahnı təqdim edib. Bununla yanaşı, Azərbaycan təmsilçisinin Düsseldorfun “Fortuna Arena”sında ifa etməsi üçün İspaniya bəstəkarları
Xose Xuan Santana Radriges və Manuel Angel Moreno Pinilla (hərəsi 1 mahnı), Yunanıstan bəstəkarı Giorgios Kalpakidis (3 mahnı), Rumıniya bəstəkarı Madalin Botezatu (1 mahnı), Avstraliya bəstəkarları Sebastiyan İvanov (1 mahnı), eləcə də Noam İnbar və İsak Mizraçi (1 mahnı), irlandiyalı bəstəkar Torfi Olafsson (4 mahnı),
Micke Vennborn (5 mahnı) göndərib. Bu müsabiqəyə yalnız söz göndərənlər arasında Kamran Cabbarov və Madura Mate var.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən bəstəkarlar “Eurovision” Mahnı Müsabiqəsi formatına uyğun bəstələdiyi mahnıları fevralın 10-dək İctimai Televiziyaya təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR