Bank Of Baku

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan beş ifaçıdan üçü münsiflərin rəyi ilə seçiləcək

“Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan beş ifaçıdan üçü münsiflərin rəyi ilə seçiləcək
# 25 yanvar 2011 19:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2011” müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin son final konsertində mübarizə aparacaq üç ifaçı ancaq münsiflərin rəyi əsasında seçiləcək. Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsini müdiri Tahir Məmmədov deyib. O bildirib ki, üç finalçının seçilməsində tamaşaçı səsverməsindən istifadə olunmayacaq. Finalçılar bu həftədəki çıxışlarına görə seçiləcək: “Milli seçimlərin beş qalibi-Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova hazırda İctimai Televiziyanın efirində hər gün 21.00-da yayımlanan canlı bir saatlıq solo proqramlarda öz səs və performans imkanlarını nümayiş etdirir. Bu çıxışların yekununda isə münsiflərin səsverməsi nəticəsində üç şəxs seçiləcək. Son final günündə bu üç iştirakçı arasından Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək ifaçı müəyyən ediləcək”. Məmmədovun sözlərinə görə, məhz həmin gün təşkil olunacaq final konsertindən sonra Azərbaycan təmsilçisinin adı açıqlanacaq. Son final gününün tarixi isə yaxın vaxtlarda bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR