Bank Of Baku

Müğənni Rüfət Mehdiyev dəfn olunub

Müğənni Rüfət Mehdiyev dəfn olunub
# 01 fevral 2011 11:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün gecə saatlarında dünyasını dəyişən Azərbaycanın tanınmış müğənnisi Rüfət Mehdiyevlə yaşadığı evdə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, mərhumla vidalaşmağa onun yaxınları, sənət dostları toplaşıblar. Rüfət Mehdiyevlə vidalaşmağa gələn sənət dostları arasında Vaqif Gərayzadə, Ənvər Sadıqov, Rəşad Haşımov, Nadir Əzimov, Bəhram Bağırzadə, Lalə Məmmədova, Gülnyanaq Məmmədova, Rəşad İlyasov, Nadir Qafarzadə, Cavan Zeynallı və başqaları olub.

Daha sonra mərhum Nizami rayonu ərazisindəki qəbirstanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Rüfət Mehdiyev bu gecə saat 03:00 radələrində qəflətən dünyasını dəyişib. Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi sənəti ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir.

Mərhumun 10 yaşlı oğlu və 7 yaşlı qızı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR