Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” milli final konsertinin vaxtı dəyişib - FOTO

Azərbaycanın “Eurovision-2011” milli final konsertinin vaxtı dəyişib - <font color=red>FOTO</font>
# 02 fevral 2011 17:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşməsi üçün milli final konsertinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcəyi təsdiqlənib. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov APA-ya verdiyi məlumatda bildirib ki, milli final konsertinin keçiriləcəyi tarix və məkanla bağlı bu gün son qərar verilib. T. Məmmədovun sözlərinə görə, Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisinin seçiləcəyi son final konserti əsaslı təmirdən sonra yenicə istifadəyə verilmiş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq. Final konsertinin fevralın 11-də keçirilməsi qərara alınıb. Həmin gün finala vəsiqə qazanan beş ifaçı – İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyeva və Nigar Camal yenidən öz istedad və bacarıqlarının nümayiş etdirəcəklər. Final konserti Avropa Yayımları Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə canlı yayımlanacaq. “Eurovision-2011”də Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti fevralın 11-də saat 21:00-da başlanacaq. Məhz həmin final konsertindən sonra artıq tərkibi müəyyənləşmiş münsiflər heyətinin rəyi ilə Azərbaycanın 56-cı “Eurovision” müsabiqəsindəki təmsilçisinin kimliyi məlum olacaq.

T. Məmmədov qeyd edib ki, final konserti üçün xüsusi şou hazırlanır.

Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorfda (Almaniya) “Fortuna Arena”da baş tutacaq. Müsabiqənin yarımfinalları mayın 10-u və 12-də, finalı isə 14-də keçiriləcək. Azərbaycan təmsilçisi müsabiqənin I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR