Bank Of Baku

San-Marinonun “Eurovision-2011” müsabiqəsində təmsilçisi məlum olub – FOTO

San-Marinonun “Eurovision-2011” müsabiqəsində təmsilçisi məlum olub – <font color=red>FOTO </font>
# 04 fevral 2011 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. May ayında Düsseldorfda keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində San-Marinonun təmsilçisi müəyyənləşib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, ölkəni müsabiqədə Senit Zadik təmsil edəcək.

S. Zadik İtaliyanın Bolonya şəhərində anadan olub. O, karyerasına 1999-cu ildə İsveçrədə başlayıb. Əsasən R’n’B janrında oxuyan müğənni, İsveçrədən Almaniyaya gedib və “Lion King” müziklində iştirak edib. İlk solo albomu 2006-cı ildə, ikinci albomu 2007-ci ildə işıq üzü görüb. Hər iki albom italyan dilindədir. “So High” adlı üçüncü albomu Los-Ancelesdə buraxıb. O, eyni zamanda “Hiphop TV” kanalında vj kimi debütünü edib. S. Zadik hazırda əsasən ABŞ-da yaşayır və növbəti albomunu hazırlayır. Yaxın bir neçə həftə ərzində onun müsabiqədə ifa edəcəyi mahnı müəyyən olunacaq.

Qeyd edək ki, San-Marino “Eurovision” müsabiqəsində 2008-ci ildə iştirak edib və finala vəsiqə qazana bilməyib. Sonrakı 2 il ölkə müsabiqəyə qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR