Bank Of Baku

Azərbaycanlı teleaparıcı Maltanın “Eurovision-2011” təmsilçisinin seçilməsində iştirak edəcək – FOTO

Azərbaycanlı teleaparıcı Maltanın “Eurovision-2011” təmsilçisinin seçilməsində iştirak edəcək – <font color=red>FOTO </font>
# 08 fevral 2011 11:07 (UTC +04:00)
Azərbaycanlı teleaparıcı Maltanın Avropa Yayım Birliyinin (EBU) üzvü, eləcə də müsabiqə üzrə rəsmi yayımçısı “PBS” İctimai Yayım Birliyinin dəvəti ilə bu ölkənin 56-cı “Eurovision” təmsilçisinin seçilməsi üçün münsiflər heyətinə dəvət olunub. H. Məhərrəmova APA-ya açıqlamasında bildirib ki, bu məqsədlə o, fevralın 10-da Maltaya səfər edəcək: “Fevralın 11-də bu ölkədə yarımfinal, 12-də isə final keçiriləcək. Onlarda təmsilçisinin seçilməsi fərqli təşkil olunur. 24 finalçı mübarizə aparacaq. Həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə fevralın 11-də keçiriləcək yarımfinaldan müəyyən qədər finalçı seçiləcək və ayın 12-də bu şəxslər finalda yenə həmin mahnıları ifa edəcəklər, sonra da qalib seçiləcək”.

Azərbaycanın ilk dəfədir başqa bir ölkənin təmsilçisinin seçilməsində iştiraka dəvət edildiyini diqqətə çatdıran H. Məhərrəmova bundan çox şad olduğunu deyib: “Bu, ilk dəfədir və mənim bəxtimə düşüb. Fevralın 11-də burada olmayacağam və milli finalda iştirak etməyəcəyəm. İlk dəfə milli finalı mən aparmayacağam. Lakin məyus olmağa dəyməz, çünki mən Maltada Azərbaycanı təmsil edəcəyəm, bu da olduqca qürur vericidir. Amma finalı mütləq izləyəcəyəm”.

H. Məhərrəmova bəyan edib ki, Azərbaycanda 5 finalçı arasında yarışın favoriti İlhamə Qasımovadır. Yaxın vaxtlarda İctimai Teleradionun efirində Türkiyənin “Show Tv” kanalında yayımlanan və çox maraqla izlənilən “Yok böylə bir dans” tipli yarışmaya start veriləcəyini də açıqlayan H. Məhərrəmova bu yarışmanın həm ideya müəllifi, həm də aparıcılığını həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR