“Eurovision-2011” Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan beş ifaçı milli finala hazırlaşır - FOTO
Finalda təmsilçilik uğrunda mübarizə aparacaq İlhamə Qasımova APA-ya açıqlamasında finala xüsusi hazırlaşdığını, bir neçə gözəl geyimlə səhnəyə çıxacağını deyib. Təmsilçiyə namizəd vurğulayıb ki, onun səhnə geyimində qeyri-adilik olmayacaq: “Nəinki geyimdə, ümumiyyətlə heç nədə qeyri-adilik olmayacaq. Bu konsertdir və biz burada gözəl çıxış etməliyik. Gözəl ifa, yüksək səviyyəli çıxış daha önəmli olmalıdır. Hər iştirakçı yeni mahnısını ifa etməlidir, mən də həmin gün öz yeni mahnımı ifa edəcəyəm. Bu gün əminliklə deyə bilmərəm ki, təmsilçi məhz mən olacağam. Bunu heç kim əminliklə deyə bilməz. İnanıram ki, hər şey çox yaxşı və layiqincə olacaq”.
Milli münsiflər heyətinin peşəkarlığına inandığını diqqətə çatdıran İ. Qasımova bildirib ki, bu baxımdan rahatdır və təmsilçi adını layiqli ifaçının qazanacağına inanır: “Günümün demək olar ki, bütün hissəsini finala hazırlığa sərf edirəm. Mahnıları dəfələrlə oxuyuram, hazırlayıram. Mənə dəstək olan və mənim təmsilçi olmamı istəyən hər bir insana, bütün Azərbaycan xalqına dəstəkverici sözlərinə görə minnətdarlıq edirəm. Zirvəyə qalxan hər bir sənətçi məhz tamaşaçının dəstəyi ilə o zirvəni fəth edir”.
İ. Qasımova onu da açıqlayıb ki, münsiflər heyətinin son qərarı ilə razılaşacaq: “Burada söhbət məndən və ya başqa birindən yox, Azərbaycanımızdan gedir. Əgər son qərar mənim özüm üçün yaxşı olmasa belə pis olmayacağam. Deməli ki, peşəkar münsiflər belə məsləhət bilib və kimi seçsələr, onun daha yaxşı olacağına inanırlar. Təmsilçilik hüququ qazanan hər bir ifaçı var-gücü ilə çalışıb Vətəni layiqincə təmsil etməlidir”.
Təmsilçi olacağı təqdirdə Azərbaycanı bu mötəbər yarışmada yüksək səviyyədə təmsil edəcəyini vurğulayan İ. Qasımova birinciliyi Vətənə gətirəcəyi üçün var-gücü çalışacağını deyib.
Final öncəsi qızğın iş prosesində olan və yüksək səviyyəli perfomans nümayiş etdirmək üçün gününün əksər saatını məşqə sərf edən Eldar Qasımov APA-ya açıqlamasında bildirib ki, həmin gün səhnədə xüsusi geyimlərdə olacaq. Onu səhnədə milli seçimlərdə ilk gündən bir yerdə olan rəqqaslar və bek-vokalçılar Kazım və Miya müşayiət edəcək. Tamaşaçılar həmin gün E. Qasımovun ifasında üç xarici, bir Azərbaycan mahnısını dinləmək imkanı qazanacaq: “Bu mahnılar arasında mahnı müsabiqəsinə təqdim edilən mahnı yoxdur. Təmsilçi adını qazanmaqda beş finalçının hər birinin şansı eynidir, hərəmizə 20 faiz düşür. Ümid edirəm ki, təmsilçi məni seçəcəklər. Fikrimcə, burada üstünlük səs və perfomansa, qabiliyyətə veriləcək, burada oğlan-qız söhbəti olmayacaq”. Təmsilçiliyə namizəd onu da açıqlayıb ki, həmin gün ifa edəcəyi “Gəl ey səhər” mahnısının ona uğur gətirəcəyinə inanır.
APA-nın fianal hazırlıqları ilə bağlı suallarını cavablandıran İlqarə İbrahimova qeyd edib ki, həmin gün üçün eksklüziv geyimlərini Arzu Məlikzadə hazırlayır: “Finalda Azərbaycan və ingilis dillərində mahnı oxuyacağam. Mən öz gücümə inanıram və uğur qazanacağıma ümid edirəm”.
Azərbaycanı 56-cı “Eurovision” müsabiqəsində təmsil etməyə namizədlərdən Aynişan Quliyeva APA-ya açıqlamasında gününün əsas hissəsini finala hazırlığa sərf etdiyini deyib: “Nə qədər işləsəm belə, yorulmuram, hər kiçik nüansı canla-başla həyata keçirirəm. Çünki “Eurovision”a getmək mənim məqsədimdir. Yorulmamışam, enerjim çox böyükdür. Finalda hər şey çox gözəl olacaq və özümü hərtərəfli göstərməyə çalışacağam”.
A. Quliyeva həmin gün ifalarından birini milli seçimlərdə iştirak edən, ancaq finala vəsiqə qazanmayan Adil Baxışlı ilə birgə təqdim edəcəyini açıqlayıb. Sözügedən mahnının sözləri və bəstəsi də Adil Baxışlıya məxsusdur və o, bu mahnı da A. Quliyevanın bek-vokalçısı qismində çıxış edəcək. Gənc müğənninin səhnə geyimini isə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova hazırlayır: “Düşünürəm ki, hər şey yaxşı olacaq. Digər iştirakçılardan üstünlüyümü tamaşaçılar daha yaxşı bilər. Mən səhnədə dayanıb oxumuram, çalışıram ki, hər baxımdan möhtəşəm perfomans nümayiş etdirim. Hər bir çıxışım dünya səviyyəli olsun. Digərlərindən fərqim ondadır ki, səhnədə hamıdan çox hərəkətli olan mənəm...”
“Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək iddiasında olan Nigar Camal da final konsertinə hazırlaşır. Müğənninin prodüseri və bəstəkar İsa Məlikov APA-ya açıqlamasında bildirib ki, həmin gün üçün digər ifaçılar kimi o da 4 mahnı hazırlayır. Nigar Camalı final konsertinə stilist Anar Ağakişiyev hazırlayır. Finalçını səhnədə rəqsləri ilə “Neiro” rəqs qrupu müşayiət edəcək: “Final konserti üçün hər şeyi xüsusi hazırlayırıq. Nigar onun üçün yazılmış mahnını ifa edəcək. Nigar bütün gücünü səfərbər edərək finala hazırlaşır”. İ. Məlikov vurğulayıb ki, nəticənin necə olmasından asılı olmayaraq hər bir durum onları qane edəcək, çünki son qərarı peşəkar münsiflər heyəti verəcək.
Şou-biznes
Xəbər Lenti
Kuşner yeni danışıqların qrafikinin yaxın vaxtlarda açıqlanacağını bildirib
Si Cinpin APEC liderlərinin görüşünə sədrlik edəcək
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib