Bank Of Baku

“Eurovision-2011” milli final konsertində əcnəbi sənətçilər və digər ölkə təmsilçiləri iştirak edəcək – FOTO

“Eurovision-2011” milli final konsertində əcnəbi sənətçilər və digər ölkə təmsilçiləri iştirak edəcək – <font color=red>FOTO </font>
# 09 fevral 2011 10:21 (UTC +04:00)
Azərbaycanın müsabiqə təmsilçisinin seçiləcəyi final konserti Eurovision TV, Gürcüstanın İctimai Televiziyası və TRT-də canlı yayımlanacaq

Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 11-də Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulan milli final konsertində bir sıra əcnəbi müğənnilər iştirak edəcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov məlumat verib. O bildirib ki, “Eurovision” mahnı müsabiqəsinin milli təşkilatçısı olan İctimai Teleradioda hazırda final mərhələsinə son hazırlıqlar gedir. Final mərhələsində 5 ifaçı – İlhamə Qasımova, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və Nigar Camal mübarizə aparacaq. Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək konsert 21.00-da başlayacaq. Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur. Budəfəki şouda seyrçilərə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində 2010-cu ildəki təmsilçisi Səfurə Əlizadənin, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senitin, İsveçrənin “Eurovision-2011”-dəki nümayəndəsi Anna Rossinellinin, dünyada tanınmış DJ Devid Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq. Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, Gürcüstanın İctimai Televiziyası və TRT vasitəsilə canlı yayımlanacaq. Proqramı www.itv.az və www.eurovision.tv internet səhifələrində canlı izləmək mümkün olacaq. Konsertin sonunda isə münsiflər heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR