Bank Of Baku

Fərhad Bədəlbəyli: “Məni bu il “Eurovision-2011” Azərbaycan təmsilçisini seçəcək münsiflər heyətinə dəvət etməyiblər”

Fərhad Bədəlbəyli: “Məni bu il “Eurovision-2011” Azərbaycan təmsilçisini seçəcək münsiflər heyətinə dəvət etməyiblər”
# 10 fevral 2011 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsində iştirak etməyəcək. Bu barədə APA-ya Fərhad Bədəlbəyli məlumat verib: “Münsiflərdə təmsil olunmayacağam, ona görə ki, məni heç kim dəvət etməyib. Münsiflərdə kimlərin olacağından da xəbərsizəm”.

Beş finalçıdan kimi dəstəklədiyini açıqlamayan F. Bədəlbəyli sabah çıxışlarını izləyəndən sonra qərarını açıqlaya biləcəyini əlavə edib.

Qeyd edək ki, Fərhad Bədəlbəyli hər il Azərbaycanın sözügedən müsbaiqəsindəki təmsilçisinin sçeilməsi ilə bağlı milli münsiflərdə təmsil olunub. Ötən ilki seçimlərdə də münsiflər arasında adı olan xalq artisti, final günü seçimlərdə iştirak etməyib, ancaq öz səsini verdiyini bəyan edib.

Xatırladaq ki, Azərbaycanın Düsseldorf (Almaniya) şəhərində keçiriləcək 56-cı “Eurovision” müsabiqəsindəki təmsilçisifevralın 11-də Akademik Milli Dram Teatrında keçiriləcək milli final konsertində müəyyən olunacaq. Təmsilçilik uğrunda İlhamə Qasımova, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və Nigar Camal mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR