Bank Of Baku

Azərbaycanın “Eurovision-2011” təmsilçisinin seçilməsi üçün yaradılan münsiflər heyətinin tərkibi final konsertində açıqlanacaq

Azərbaycanın “Eurovision-2011” təmsilçisinin seçilməsi üçün yaradılan münsiflər heyətinin tərkibi final konsertində açıqlanacaq
# 10 fevral 2011 12:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi xüsusi münsiflər heyətinin rəyi əsasında seçiləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitoriqn şöbəsinin müdiri Tahir Məmmədov APA-ya bildirib ki, beş finalçı – İlhamə Qasımova, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və Nigar Camal artıq təyin olunan münsiflər heyətinin qərarı ilə müəyyənləşəcək.

T. Məmmədov vurğulayıb ki, münsiflər heyətinin tərkibinin açıqlanması Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir. O səbəbdən də münsiflərin adları final konsertində açıqlanacaq: “Biz milli seçimləri Avropa Yayım Birliyinin qaydalarına əsasən həyata keçiririk. Bu qaydaları pozmaq olmaz və biz də buna riayət edirik. İctimai Teleradio hər zaman seçimləri bu qaydalar çərçivəsində keçirir və qaydalardan kənara çıxmır”.

Onu da öyrəndik ki, milli münsiflərin tərkibində ötən illərlə müqayisədə dəyişiklik olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR