Bank Of Baku

Eurovision TV-nin direktoru telekörpü vasitəsilə Azərbaycanın milli seçim finalına qoşulacaq

Eurovision TV-nin direktoru telekörpü vasitəsilə Azərbaycanın milli seçim finalına qoşulacaq
# 11 fevral 2011 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrı səhnəsində “Eurovision-2011” mahnı müsabiqəsinin milli finalının son məşqləri keçirilib. APA-nın itv.az saytına istinadən yaydığı xəbərə görə, 5 finalçı - Nigar Camal, Eldar Qasımov, İlqarə İbrahimova, İlhamə Qasımova və Aynişan Quliyeva bu səhnədə öz səs imkanlarını və performanslarını göstərəcəklər.

İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış edəcək. Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları nəzərdə tutulur. Şouda Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə, Gürcüstanın təmsilçisi Sofo Nijaradze, San-Marinonun “Eurovision-2011”dəki təmsilçisi Senit Zadik, İsveçrənin “Eurovision-2011”dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar tamaşaçıların qarşısına çıxacaq. Eurovision TV-nin direktoru Yorqan Frank telekörpü vasitəsilə milli seçim turu iştirakçılarını salamlayacaq.

Milli Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanacaq və Azərbaycanı Düsseldorf səhnəsində keçiriləcək 56-cı “Eurovision” müsabiqəsində təmsil edəcək ifaçının adı məlum olacaq. Azərbaycan müsabiqənin mayın 10-da keçiriləcək I yarımfinalında mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR