Bank Of Baku

“Eurovision-2011” Azərbaycan təmsilçisini seçəcək münsiflər heyətinin tərkibi məlum olub

“Eurovision-2011” Azərbaycan təmsilçisini seçəcək münsiflər heyətinin tərkibi məlum olub
# 11 fevral 2011 18:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisini seçəcək münsiflər heyətinin tərkibi açıqlanıb. APA-nın məlumatına görə, Azərbaycan təmsilçisini seçəcək 7 nəfərdən ibarət münsiflər heyətində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov, sənətşünaslıq namizədi Lalə Kazımova, xalq artisti Rauf Babayev, xalq artisti, bəstəkar Faiq Sücəddinov, xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli təmsil olunub. Münsiflər heyətinin tərkibi hazırda Akademik Milli Dram Teatrında keçirilən milli finalda açıqlanıb.

Qeyd olunan münsiflər heyəti bu gün keçirilən milli finalda mübarizə aparan – İlhamə Qasımova, Eldar Qasımov, İlqarə İbrahimova, Aynişan Quliyeva və Nigar Camal arasından layiqli namizədi seçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR