Bank Of Baku

Sofo Nijaradze: “Azərbaycanın “Eurovision-2011” təmsilçisinə səs verəcəyəm”

Sofo Nijaradze: “Azərbaycanın “Eurovision-2011” təmsilçisinə səs verəcəyəm”
# 11 fevral 2011 19:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın “Eurovision-2011” təmsilçisinə səs verəcəyəm. Təmsilçinin kim olması mənim üçün əhəmiyyətli deyil. Mən bu ölkəni çox sevirəm və Azərbaycan təmsilçisini dəstəkləyəcəyəm”. APA-nın məlumatına görə, bu sözləri Dövlət Akademik Milli Dram Teatrında keçirilən Azərbaycan “Eurovision-2011” milli finalında qonaq qismində çıxış edən Gürcüstanın “Eurovision-2010” təmsilçisi Sofo Nijaradze deyib. Ötənilki təmsilçi beş finalçıdan kimi dəstəklədiyini açıqlamasa da, ölkəmizin hər zaman bu yarışmada layiqincə təmsil olunduğunu vurğulayıb. Müğənni Azərbaycan “Eurovision-2011”də uğurlar arzulayıb və Azərbaycan səhnəsində öz çıxışını edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR