Bank Of Baku

Eurovision TV-nin direktoru Jorgen Franck: “Hər təmsilçilik dövründə Azərbaycan layiqli təmsil olunub və Avropa tamaşaçısında maraq oyadıb”

Eurovision TV-nin direktoru Jorgen Franck: “Hər təmsilçilik dövründə Azərbaycan layiqli təmsil olunub və Avropa tamaşaçısında maraq oyadıb”
# 11 fevral 2011 20:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Qoy bu axşam ən layiqlisi seçilsin. Mən Azərbaycana uğurlar arzulayrıam və Düsseldorfda görüşəcəyik”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli finalda telekörpü vasitəsi ilə Azərbaycan xalqını salamlayan Eurovision TV-nin direktoru Jorgen Franck deyib. Eurovision TV rəhbəri Azərbaycan xalqını İsveçrədən – Avropa Yayımları Birliyiinin (EBU) əsas ofisindən salamladığını qeyd edib. O bildirib ki, bu gün Azərbaycanda keçirilən seçimlərin nəticəsini səbirsizliklə gözləyir: “Azərbaycan “Eurovision” yarışmasına tarixinə 2008-ci ildən öz adını yazıb. Hər təmsilçilik dövründə isə Azərbaycan layiqli təmsil olunub və Avropa tamaşaçısında maraq oyadıb. Azərbaycanın hər il “Eurovision”da iştirakı yüksək qiymətləndirilib. Bu yarışmada təmsil olunmaq hər bir ölkəyə öz mədəniyyətini tanıtmaq imkanı verir. Bu Avropa ölkələrinə imkan verir ki, bir-birinin mədəniyyətləri ilə yaxından tanış olsunlar və milyonlarla avropalılara öz incəsənətlərini nümayiş etdirirlər. Mən bu günlük Azərbaycan xalqı ilə sağollaşıram və bDüsseldorfda görüşərik...”

Qeyd edək ki, hazırda Akademik Milli Dram Teatrında Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin seçilməsi üzrə final konserti keçirilir. Təmsilçilik uğrunda beş finalçı mübarizə aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR