Bank Of Baku

Eldar Qasımov və Nigar Camal: “Azərbaycanı layiqincə təmsil edəcəyik”

Eldar Qasımov və Nigar Camal: “Azərbaycanı layiqincə təmsil edəcəyik”
# 11 fevral 2011 22:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Hərənin özünün həqiqəti var və inandığı kimsə var. Bu, böyük auditoriyanın istəyi ilə olan bir seçimdir. Eurovision formatı başqa formatlardan köklü surətdə fərqlənir. Təmsilçidə hər şey kompleks şəklində olmalıdır. Bu doğru seçimdir və bu iki gəncin simasında bunu gördük. Əminəm ki, Eldar və Nigar Azərbaycanı layiqincə təmsil edəcək”. APA-nın məlumatına görə, bu sözləri “Eurovision-2011” Azərbaycan milli finaldan sonra keçirilən mətbuat konfransında İctimai Teleradionun baş direktoru və münsiflər heyətinin sədri İsmayıl Ömərov deyib. O bildirib ki, bir televiziya olaraq İTV təmsilçiləri yüksək səviyyədə tanıdacaq və Avropa xalqı bu təmsilçiləri sevəcək: “Bu iki təmsilçinin vizual görünüşü də, səsləri də bir-birinə uyğundur. İlhamə Qasımovanı çox sevirik, bu yarışın reytinqli olmasında da onun çox rolu var”. İ.Ömərov vurğulayıb ki, təmsilçilər səs, vokal, rəqs, eləcə də auditoriyanı ələ almalıdır. Eldar Qasımov və Nigar Camal da bunlarının hər birinin olduğunu diqqətə çatdıran münsif rəhbəri, bu il münsiflər heyəti arasında mübahisə olmadığını qeyd edib: “Sadəcə ona görə gec açıqlandı ki, biz duet ortaqlarını seçirdik. Vaxtımızda buna getdi, elə münsiflərin rəyi üst-üstə düşdü. Burada əsas özünə qapanmadan çox milliyimizi göstərməkdir. Mahnının kim tərəfindən yazılması önəmli deyil, əsas odur layiqli olsun. Biz bacardığımızı edəcəyik ki, Azərbaycan layiqli təmsil olunsun”. İ.Ömərov qeyd edib ki, seçimlər dövründə artıq söz-söhbət olmasın deyə finalçıların heç biri ilə əvvəlcədən görüşülməyib: “Bu müddət ərzində bir dəfə də olsun zəng olmayıb. Nə finalçıların valideynlərini görmüşük, nə də bir zəng olub. Bu tamamilə şəffaf seçimdir və buna heç bir şübhəniz olmasın”. İ.Ömərov bildirib ki, bu duetə uyğun mahnı müsabiqəsinə təqdim olunan çoxsaylı musiqilərdən biri seçiləcək: “Azərbaycan 2009-cu ildə Aysel və Araşın dueti ilə üçüncülük qazanıb. Duet Azərbaycana uğur gətirəcək. Qəpiyimizi saya-saya çox sərfəli xərcləyəcəyik. Biz o qədər də dövlətli bir təşkilat deyilik. Biz hər dəfə Avropaya birincilik üçün gedirik, bu dəfə birincilik üçün gedəcəyik”.

Mətbuat konfransında çıxış edən Eldar Qasımov bildirib ki, onlar “Eurovision-2012”-ni Azərbaycana gətirməyə qadirdirlər və bunun üçün yüksək səviyyədə çalışacaqlar: “Azərbaycanı bu müsabiqədə layiqli təmsil etməyə qadirik. Bu gücü özümüzdə hiss edirdik. Bu yarışmada qalib olmaq üçün öz üzərimizdə dayanmadan çalışacağıq”.

Nigar Camal da bu müsabiqədə Azərbaycanı layiqincə təmsil edəcəyinə söz verib: «Biz çox xoşbəxtik. Sadəcə bizə inanın və hər şey yaxşı olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR