Bank Of Baku

Eldar Qasımov və Nigar Camalın hansı mahnını ifa edəcəyinə İsmayıl Ömərovun rəhbərlik etdiyi 7 nəfərdən ibarət münsiflər heyəti qərar verəcək

Eldar Qasımov və Nigar Camalın hansı mahnını ifa edəcəyinə İsmayıl Ömərovun rəhbərlik etdiyi 7 nəfərdən ibarət münsiflər heyəti qərar verəcək
# 11 fevral 2011 23:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanı “Eurovision-2011” müsabiqəsində təmsil etmək şansı qazanan Eldar Qasımov və Nigar Camalın ifa edəcəyi mahnı bir müddətdən sonra məlum olacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov deyib. İ.Ömərov qeyd edib ki, “Eurovision-2011” Azərbaycan təmsilçisinin ifa etməsi üçün elan olunan mahnı müsabiqəsi başa çatıb və müsabiqəyə çoxsaylı musiqilər göndərilib. Göndərilən mahnılar arasında yerli bəstəkarlarla yanaşı, əcnəbi müəlliflər də var. Baş direktor vurğulayıb ki, müəllifin hansı ölkədən olmasına yox, ən yaxşı mahnıya önəm veriləcək. O da məlum olub ki, Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı da milli münsiflər heyəti tərəfindən təyin olunacaq. Həmin münsiflər heyətində də eyni tərkib olacaq. Belə ki, təmsilçilərin hansı mahnını ifa etməsinə İsmayıl Ömərovun rəhbərlik etdiyi 7 nəfərdən ibarət münsiflər heyəti qərar verəcək.

İctimai Teleradionun baş direktoru onu da vurğulayıb ki, Azərbaycanın “Eurovision” yarışmasında təmsilçiliyinə ölkənin I xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi yaxından köməklik göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR