Bank Of Baku

“Hed Kandi”nin rezidentləri Bakıda konsert verib

“Hed Kandi”nin rezidentləri Bakıda konsert verib
# 14 fevral 2011 07:54 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın tanınmış “Hed Kandi” musiqi səsyazma studiyasının və musiqili leyblın rezidentləri Dj. Sara Luis və saksofonçu Yasmin Bakıda konsert verib.
APA-nın məlumatına görə, 14 fevral - Sevgililər Gününə həsr olunmuş konsertdə bir -birindən ritmik musiqilər səslənib. Bakı restoranlarının birində keçirilən konsertdə 150 nəfərdən artıq insan iştirak edib.

Qeyd edək ki, “Hed Kandi” 1999-cu ildə promouter Mark Doyl tərəfindən yaradılıb. Klub musiqisini təqdim edən “Hed Kandi”nin mahnıları İbitsa, Nitsa, Milan, San-Trope, Marsel və bu kimi şəhərlərin klublarında səslənir.

Konsertin sponsorlarından biri rolunda Böyük Britaniynanı «British Midland International» (BMI) aviaşirkəti çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR